Futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2024/2025 mövsümünün 3-cü dövrəsinin sonuncu – 15-ci turunun oyun cədvəli açıqlanıb.
Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, turun bütün bütün görüşləri aprelin 24-də “Olimpik Star”da keçiriləcək. Tura mərkəzi oyunla start veriləcək.
Yüksək Liqa
15-ci tur
24 aprel
Neftçi İK – Baku Fire
Bakı. “Olimpik Star”. Saat 14:00.
Yasamal Bakı – Şuşa
Bakı. “Olimpik Star”. Saat 16:00.
U-19 – Araz-Naxçıvan
Bakı. “Olimpik Star”. Saat 18:00.