EN

Kredit sığortası üzrə yığımlar 35%-ə yaxın artıb

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda fəaliyyət göstərənsığorta şirkətləri tərəfindən kredit sığortası üzrə toplanılmışsığorta haqqlarının həcmi 1,1 milyon manat təşil edib.

Trend bubarədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə277 min manat və ya 33,7% çoxdur.

Belə ki, ötən ilin ilk iki ayında Azərbaycanda fəaliyyətgöstərən sığorta şirkətləri tərəfindən kredit sığortası üzrətoplanılmış sığorta haqqlarının həcmi 821 min manat olub.

Yanvar-fevral aylarında bu sığorta sinifi üzrə sığortaödənişlərinin həcmi 14 min manat olub ki, bu da, illik müqayisədə0,5 min manat və ya 3,4% azdır.

2024-cü ilin yanvar-fevral aylarında Azərbaycanda fəaliyyətgöstərən sığorta şirkətləri tərəfindən kredit sığortası üzrəödənilmiş sığorta ödənişlərinin həcmi 14,5 min manat idi.

Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycandakısığorta şirkətlərinin xətti ilə 281,2 milyon manat sığorta haqqıyığılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 17,2% çoxdur.

Eyni zamanda, hesabat dövründə sığorta şirkətlərinin xətti ilə108,6 milyon manat sığorta ödənişi edilib ki, bu da əvvəlki ilineyni aylarındakı göstərici ilə müqayisədə 11,5% artım deməkdir.

Chosen
82
4
az.trend.az

6Sources