Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil olunmuş Əvəzedicilər Liqasında bu gün 29-cu tura yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.
“Şamaxı”nın ikinci komandası “Neftçi”ni, “Araz-Naxçıvan”ın əvəzediciləri də “Sumqayıt”ı qəbul edib. Hər iki oyun qolsuz yekunlaşıb.
Əvəzedicilər Liqası
29-cu tur
6 aprel
“Səbail-2” – “Turan Tovuz-2” 3:1
Qollar: Teymur Məmmədov, 45. Suleyman Alluş, 69-pen; 75 – Dinamin Bağırov, 51.
Hakimlər: Əli Əliyev, Elşad Abdullayev, Kərim Zeynalov, İslam Məmmədov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
“Bayıl Arena”.
7 aprel
“Sabah-2” – “Kəpəz-2” 2:0
Qollar: Amir Qəribov, 53. Tuncay Cəfərli, 76.
Hakimlər: Əkbər Əhmədov, Teymur Teymurov, Mirnihad Seyidov, Alik Yunusov.
Hakim-inspektor: Gülağa Cabbarov.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Bakı. “ASK Arena”.
“Qarabağ-2” – “Zirə-2” 2:0
Qollar: Nihat Mehralıyev, 47; 75.
Hakimlər: Kamranbəy Rəhimov, Zöhrab Abbasov, Tərlan Talıbzadə, Vüqar Həsənli.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
“Azersun Arena”.
8 aprel
“Şamaxı-2” – “Neftçi-2” 0:0
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Sevda Nuriyeva, Murad Səlimov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Şamaxı şəhər stadionu.
“Araz-Naxçıvan-2” – “Sumqayıt-2” 0:0
Hakimlər: Kamran Əliyev, Cəmil Quliyev, Şirmamed Mamedov, Rasim Musayev.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Elman Musayev.
Binə qəsəbə stadionu.