Parisdə Marin Le Penə dəstək aksiyası keçirilir.
Adalet.az xÉ™bÉ™r verir ki, vÉ™tÉ™ndaÅŸlar mÉ™hkÉ™mÉ™nin hökmü ilÉ™ dövlÉ™t orqanlarına seçilmÉ™k qadaÄŸan edilmiÅŸ "Milli Birlik" partiyasının parlament fraksiyasının lideri ilÉ™ hÉ™mrÉ™yliklÉ™rini ifadÉ™ etmÉ™yÉ™ toplaşıblar.Â
Mitinqdə Le Penin özü də iştirak edir. O, çıxışında məhkəmənin qərarının vətənini, xalqını, namusunu tapdaladığını bildirib.
"Mən hamının bilməsini istəyirəm: təslim olmayacağam. Bizə qarşı keçirilən məhkəmə prosesinin siyasi fonunu vurğulamaqdan çəkinmirəm. Bu, məhkəmə qərarı deyil. Bu, siyasi qərardır, siyasətçilər üçün ovdur!" - Le Pen söyləyib.
Xatırladaq ki, Paris məhkəməsi Le Pen və sağçı bir neçə parlament üzvünə Avropa Parlamentinin vəsaitlərinin mənimsənilməsi işi üzrə hökm çıxarıb. İttihama görə, AP 2004-2016-cı illər arasında Le Penin partiyasından olan deputatlara deputat köməkçilərinə maaş vermək üçün vəsait ayırıb, amma reallıqda köməkçilər yalnız "Milli Birlik" partiyası üçün çalışıblar. Le Pen AP pullarının yuyulması üçün "mərkəzləşdirilmiş sistem" yaratmaqda günahkar bilinib.
Â