AZ

Sabah üçüncü mərhələdir, hazırda vəzifəmiz... - Zelenski

Rusiya ilə “1000-ə 1000” formatında hərbi əsirlərin mübadiləsinin üçüncü mərhələsi sabah baş tutacaq.

Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski xalqa axşam müraciətində deyib.

"Sabah üçüncü mərhələdir. Biz yaxın bir neçə gün ərzində min nəfərimizi azad etməliyik, lakin hazırda vəzifəmiz Rusiyada saxlanılan hər kəsi azad etməkdir”, - Zelenski vurğulayıb.

Qeyd edək ki, İstanbulda 16 mayda əldə olunmuş Rusiya-Ukrayna razılaşmalarına əsasən hazırda əsir mübadiləsi aparılır.

Seçilən
0
3
axar.az

10Mənbələr