AZ

U-21 millimizin ilkin heyətində 30 futbolçu

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin (U-21) mayın 26-da başlayacaq təlim-məşq toplanışı üçün ilkin heyəti müəyyənləşib.

Arena.az xəbər verir ki, millimizin baş məşqçisi Ayxan Abbasov 30 futbolçuya dəvət göndərib.

“Sabah”ın üzvü Elgün Dünyamalıyev mayın 31-də keçiriləcək Azərbaycan kubokunun final oyunundan sonra millinin düşərgəsinə qoşulacaq.

Komandamızın Belarus və Monteneqro yığmalarına qarşı keçiriləcək yoxlama görüşləri üçün yekun heyəti mayın 31-də məlum olacaq.

Qeyd edək ki, U-21 millimiz toplanış çərçivəsində iyunun 4-də Minskdə yerləşən Baranoviçi şəhər stadionunda Belarus yığmasının qonağı olacaq. İyunun 8-də isə komandamız Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Monteneqronun müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşacaq.

Azərbaycan millisinə dəvət olunan futbolçuların siyahısını təqdim edirik:

  1. Rəvan Mirzəmmədov – Sabah
  2. Xəyal Fərzullayev – Sumqayıt
  3. Həbib Hüşənov – Qəbələ
  4. Səlim Həşimov – Zirə
  5. Elgün Dünyamalıyev – Sabah
  6. Raul Məmmədov – Mingəçevir
  7. Nadir Orucov – Sumqayıt
  8. Amin Rzayev – Qarabağ
  9. İbrahim Ramazanov – Qəbələ
  10. Ayxan Süleymanlı – Sumqayıt
  11. Emin Rüstəmov – Səbail
  12. Sənan Muradlı – Sumqayıt
  13. Nuğay Rəşidov – Qəbələ
  14. Rüfət Abbasov – Şamaxı
  15. Hikmət Cəbrayılzadə – Qarabağ
  16. İbrahim Hacı – Qarabağ
  17. Dinamin Bağırov – Turan Tovuz
  18. Elcan Əbilov – Neftçi
  19. Şahin İbrahimov – Sabah
  20. Murad Məmmədov – Neftçi
  21. Nihad Əhmədzadə – Sumqayıt
  22. Həsən Nəzərli – Ankaragücü (Türkiyə)
  23. Edqar Adilxanov – Şamaxı
  24. Emil Süleymanov – Qəbələ
  25. Oruc Məmmədov – Səbail
  26. Elcat Məmmədov – Baltika (Rusiya)
  27. Sadiq Baqiyev – SKA Xabarovsk (Rusiya)
  28. Sadiq Şəfiyev – Kəpəz
  29. Nihat Mehrəliyev – Qarabağ
  30. Ağadadaş Salyanski – Neftçi
Seçilən
0
10
arena.az

10Mənbələr