AZ

U-21 millimizin ilkin heyəti açıqlandı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin mayın 26-da başlayacaq təlim-məşq toplanışı üçün ilkin heyəti müəyyənləşib.

Msport.az xəbər verir ki, U-21-in baş məşqçisi Ayxan Abbasov 30 futbolçuya dəvət göndərib.

“Sabah”ın üzvü Elgün Dünyamalıyev mayın 31-də keçiriləcək Azərbaycan kubokunun final oyunundan sonra millinin düşərgəsinə qoşulacaq.

Komandamızın Belarus və Monteneqro yığmalarına qarşı keçiriləcək yoldaşlıq görüşləri üçün yekun heyəti mayın 31-də məlum olacaq.

Qeyd edək ki, U-21 millimiz toplanış çərçivəsində iyunun 4-də Minskdə yerləşən Baranoviçi şəhər stadionunda Belarusun, iyunun 8-də isə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

 

 Adı / Soyadı Klubu
1 Rəvan Mirzəmmədov Sabah
2 Xəyal Fərzullayev Sumqayıt
3 Həbib Hüşənov Qəbələ
4 Səlim Həşimov Zirə
5 Elgün Dünyamalıyev Sabah
6 Raul Məmmədov Mingəçevir
7 Nadir Orucov Sumqayıt
8 Amin Rzayev Qarabağ
9 İbrahim Ramazanov Qəbələ
10 Ayxan Süleymanlı Sumqayıt
11 Emin Rüstəmov Səbail
12 Sənan Muradlı Sumqayıt
13 Nuğay Rəşidov Qəbələ
14 Rüfət Abbasov Şamaxı
15 Hikmət Cəbrayılzadə Qarabağ
16 İbrahim Hacı Qarabağ
17 Dinamin Bağırov Turan Tovuz
18 Elcan Əbilov Neftçi
19 Şahin İbrahimov Sabah
20 Murad Məmmədov Neftçi
21 Nihad Əhmədzadə Sumqayıt
22 Həsən Nəzərli Ankaragücü (Türkiyə)
23 Edqar Adilxanov Şamaxı
24 Emil Süleymanov Qəbələ
25 Oruc Məmmədov Səbail
26 Elcat Məmmədov Baltika (Rusiya)
27 Sadiq Baqiyev SKA Xabarovsk (Rusiya)
28 Sadiq Şəfiyev Kəpəz
29 Nihat Mehrəliyev Qarabağ
30 Ağadadaş Salyanskiy Neftçi

 

Seçilən
0
10
msport.az

10Mənbələr