AZ

Abşeronda yağmursuz, bölgələrdə yenə yağış və duman...

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən, mayın 24-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var.

Mülayim şimal-qərb küləyi əsəcək. Gecə 16-19°, gündüz 22-27° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu, nisbi rütubət gecə 60-65 , gündüz 45-50 faiz olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 13-17° , gündüz 23-28° , dağlarda gecə 3-8°, gündüz 13-18° isti olacaq.

Q.QASIMOV
XQ

Seçilən
0
49
xalqqazeti.az

10Mənbələr