Ukrayna mayın 24 və 25-də Rusiya ilə məhbus mübadiləsinin davam edəcəyini gözləyir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Ukrayna lideri Vladimir Zelenski Telegram kanalında bildirib.
“1000-in 1000-ə dəyişdirilməsi ilə bağlı sazişin birinci hissəsi yerinə yetirilib. <…> Bu gün 390 nəfərdir. Şənbə və bazar günləri-mübadilənin davam edəcəyini gözləyirik “, – deyə o vurğulayıb.…>
Zelenski əlavə edib ki, diplomatik işlər davam etdiriləcək.