Müğənni Ayan Babakişiyeva "bayağı" ifaçıları tənqid edib.
News24.az xəbər verir ki, sənətçi "Tarixin bir günü" verilişində onları "bazar ifaçısı" adlandırıb:
"Onlar olduğu toy, tədbir və konsertlərdə düşünürlər ki, ulduzdular. Çünki olduqları yer elə yerdir ki, ora tanınmayan insan çıxıb mikrofonu götürsə, hamı alqışlayacaq. Gördüyüm budur: haradasa bazar açılışıdır və onlar oradadır. Hamı da qışqırır. Orada onsuz ucuzluq var, hamı endirimə gəlib.
Onlar düşünürlər ki, açılışa gəliblər. Yox, onlar bazarın içindədirlər". (axsam.az)