FIFA referisi Kamal Umudlu UEFA-dan növbəti təyinat alıb.
Sportinfo.az" xəbər verir ki, o, 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsinin A qrupu çərçivəsində keçiriləcək Albaniya – Almaniya oyununun baş hakimi olacaq.
Ona finlandiyalı Olli Jantunen və xorvatiyalı Luka Pajić kömək edəcəklər. Dördüncü hakim funksiyasını xorvatiyalı Patrik Kolarić yerinə yetirəcək.
Qrup mərhələsinin II turunun qarşılaşması mayın 22-də Elbasan şəhərinin eyniadlı stadionunda keçiriləcək.
Kamal Umudlu Avropa çempionatının final mərhələsinə ehtiyat hakim kimi təyinat almışdı. Lakin qitə birinciliyinin ümumi siyahısında yer alan baş hakimlərdən biri zədələndiyindən, onu K.Umudlu əvəzləyib.