Xəzər dənizində zəlzələ baş verib. 1news.az xəbər verir ki, bununla bağlı Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, yerli vaxtla saat 06:37-də Xəzər dənizində 3.2 maqnitudalı zəlzələ olub. Zəlzələnin ocağı 28 km dərinlikdə yerləşib.