AZ

Avropa Liqasının qalibi müəyyənləşdi

Avropa Liqasında 2024/2025 mövsümünün qalibi müəyyənləşib.

 

Modern.az xəbər verir ki, həlledici görüşdə İngiltərənin iki klubu – “Tottenhem” və “Mançester Yunayted” üz-üzə gəlib.

 

İspaniyanın Bilbao şəhərindəki “San Mames” stadionunda baş tutan görüşdə London təmsilçisi 1:0 hesabı ilə qalib gələrək baş mükafata sahib çıxıb.

 

Yeganə qolu 42-ci dəqiqədə Brennan Conson “qırmızı şeytanlar”ın qapısından keçirib.

 

Bununla da Tottenhem” tarixi ərzində üçüncü dəfə turnirin qalibi adını qazanıb.

 

Avropa Liqası

Final

21 may

 

“Tottenhem” – “Mançester Yunayted” 1:0

Qol: Brennan Conson, 42.

Seçilən
0
12
modern.az

10Mənbələr