AZ

Arda Turan bu klubu çalışdıracaq: Maaşı da bəllidir

"Şaxtyor Donetsk"in yeni baş məşqçisi, böyük ehtimalla Arda Turan olacaq.

Publika.az xəbər verir ki, bu barədə "HT Spor" məlumat yayıb.

Tərəflər müqavilənin imzalanmasına çox yaxındır. Razılaşmaya əsasən, 38 yaşlı mütəxəssis ildə 2 milyon avro maaş alacaq.

Arda Turan futbolçu karyerası dövründə "Qalatasaray", "Atletiko" və "Barselona" kimi klublarda çıxış edib. O, 2022-ci ildə karyerasını bitirib. 2023-cü ildə isə "Eyüpspor" klubunun "sükanı arxasında" məşqçiliyə başlayıb. Hazırda komanda Türkiyə Birinci Liqasında 6-cı pillədə qərarlaşıb.

Turan Donetsk klubunda xorvatiyalı mütəxəssis Marino Puşiçi əvəz edəcək.

Seçilən
0
25
publika.az

10Mənbələr