Son dövrlər Ermənistanda keçmiş prezidentlər Sarkisyan və Köçəryanın müəyyən qədər aktivləşdikləri hiss olunur. Ermənistanın keçmiş prezidenti Robert Köçəryan mətbuata verdiyi son açıqlamasında Rusiya ilə münasibətləri bərpa etməyin vacib olduğunu bildirib. O, iddia edib ki, Türkiyənin Cənubi Qafqazda irəliləməsinin qarşısını yalnız Rusiya ala bilər. Ona görə də Köçəryan strateji, tərəfdaşlıq və müttəfiqlik baxımından Rusiya ilə əlaqələri bərpa etməyin lazım olduğunu deyib.
Köçəryanın bu açıqlaması Ermənistanda seçkilər ərəfəsi gərginliyin yenidən atdığına işarədir.
Rusiya Köçəryan kartını yenidən aktivləşdirir?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Qabil Hüseynli bildirir ki, Köçəryan kartı hər zaman Rusiyanın əlində olub:
“Amma sadəcə olaraq, cəsarət edərək onu oyuna qoşmaq istəmirlər. Çünki rəqiblər Köçəryandan qat-qat güclüdür. Köçəryan isə mətbuata son açıqlamasında dediklərilə Rusiya qarşısında olan hörmət və izzətini bir qədər də artırmaq, Moskvanı şirnikləndirmək istəyir. Bu da qarşıdan gələn parlament seçkilərilə bağlıdır. Rusiyanın isə bu seçkilərə müdaxiləsi istənilən siyasi qrupa üstünlük gətirə bilər”.
Politoloq hesab edir ki, Köçəryanla Sarkisyanın dövrləri artıq bitib:
“Erməni seçiciləri onlara səs verməyəcək. Ona görə də Köçəryanın Rusiya qarşısında yaltaqlanmasının heç bir xeyri olmayacaq”.
Rüfət Sultan, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta