Bakı. Trend:
Aztelekom, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinginin(AZCON) tərkibində fəaliyyət göstərən telekommunikasiya şirkəti, müasirmarketinqin atası kimi tanınan hörmətli Dr. Filip Kotlerin təsisetdiyi Kotler Impact-in son təşəbbüsü - "Müasir MarketinqinƏsasları" (Essentials of Modern Marketing - EOMM) kitabınınilk Azərbaycan nəşrində təqdim olunacaq. Kitabda şirkətin həyatakeçirdiyi “Onlayn Azərbaycan” meqalayihəsinin icra prosesi vəAzərbaycanın rəqəmsal transformasiyasında layihənin əhəmiyyətibarədə yazılacaq.
100-dən çox ölkəni əhatə edən bu qlobal layihə çərçivəsindəhazırlanacaq kitab seriyası hər bir ölkəyə xüsusi yanaşma ilətərtib olunaraq yerli biznes uğurlarını beynəlxalq marketinqprinsipləri ilə bir araya gətirir. Italiya, Braziliya, Polşa,Hindistan, Pakistan, Banqladeş, Gürçüstan, Türkiyə də daxil olmaqla30-dan çox ölkə bazarları haqqında nəşr olunmuş kitablar genişoxucu marağı ilə qarşılanıb. Azərbaycan üçün hazırlanan nəşr isəölkənin uğurlu biznes təcrübələrinin beynəlxalq arenadatanıdılmasına töhfə verməklə yanaşı, yerli biznes mütəxəssislərinədə dünya təcrübəsindən faydalanmaq imkanı yaradacaq. KotlerImpact-in MDB regionu və Azərbaycandakı ekskluziv nümayəndəsi olanAWE Consulting bu təşəbbüsün ölkəmizdə reallaşmasında əsas roloynayır. Kitab qlobal elektron kitabxanalarda və təhsilplatformalarında təqdim ediləcək.
“Aztelekom”un bu kitabda yer alması ilə bağlı fikirlərinibölüşən şirkətin baş direktor vəzifəsini icra edən Həsən Ömərovbildirib:
“Kotler İmpact-in nəşrində “Onlayn Azərbaycan” layihəsininyer alması bizim üçün böyük qürur mənbəyidir. Bu kompleks layihəölkənin iqtisadi inkişafının sürətləndirilməsinə, rəqəmsalsavadlılığın artırılmasına və Azərbaycanın investisiyacəlbediciliyinin güclənməsinə təkan verdi. Eyni zamanda bu miqyasdalayihənin icrası “Aztelekom”un gündəlik işə yanaşmasında dafundamental dəyişikliklərə səbəb oldu. Dəqiq strateji hədəfləri,güclü komanda işi və ortaq məqsədə inam bu mürəkkəb layihəninuğurla həyata keçirilməsinə imkan yaratdı. Bu layihənin icrasızamanı şirkətimizin keçdiyi yolun “Müasir marketinqin əsasları”kitabında əks olunması bizim üçün həm böyük nailiyyətdir, həm dədaha yüksək hədəflərə çatmaq üçün əlavə motivasiyadır”.
Qeyd edək ki, uğurla yekunlaşmış “Onlayn Azərbaycan”meqalayihəsinin əsas operatoru olan “Aztelekom” genişzolaqlı vəmobil şəbəkə təhlilləri üzrə qlobal şirkət “Ookla” tərəfindən“Speedtest Award for Fastest Fixed Network” (Ən sürətli SabitŞəbəkə üzrə Speedtest Mükafatı) və rəqəmsal transformasiyaməsələləri üzrə 45 illik beynəlxalq təcrübəyə sahib olan nüfuzlu“İDATE” şirkəti tərəfindən “Ev Təsərrüfatlarının Genişzolaqlıİnternetə Qoşulmasının İnkişafı ilə Bağlı Ən Yaxşı Təcrübə” (BestPractice of Home Broadband Development Award) mükafatlarına layiqgörülüb. Hər iki mükafat ölkə tarixində ilk dəfə olaraq sabitşəbəkə internet provayderinə təqdim edilib.