İngiltərə millisinin və “Mançester Yunayted”in sabiq müdafiəçisi Rio Ferdinand “Barselona”nın 17 yaşlı vingeri Lamin Yamalın çıxışı barədə fikirlərini bölüşüb.
Sportinfo.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, ingiltərəli keçmiş futbolçu, Yamalın tamamilə fərqli üslubda oynadığını bildirib:
“Kriştiano Ronaldo və Lionel Messi 17 yaşlarında belə oyun göstərmirdilər. Məncə, Yamal onlara bənzəmir. O, tamamilə fərqli üslubda oynayır”.
Yamal hazırkı mövsümdə “Barselona”nın heyətində 54 oyuna çıxaraq, 18 qol vurub və 25 məhsuldar ötürmə edib. Onun klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin iyununun sonuna qədərdir.