AZ

Azercell rəsmi olaraq “Əla İş Yeri” kimi tanınıb

Lider mobil operatorun sağlam və inkişafyönümlü iş mühiti yaratmaq istiqamətində göstərdiyi səylər beynəlxalq səviyyədə qiymətləndirilib

Azərbaycanın lider mobil operatoru “Azercell Telekom” MMC beynəlxalq səviyyədə tanınan “Great Place to Work®” (“Əla İş Yeri”) sertifikatını qazanıb.

Mia.az xəbər verir ki, korporativ mədəniyyət və sağlam iş mühitinin dəyərləndirilməsi sahəsində qlobal standart sayılan bu nüfuzlu sertifikat yalnız əməkdaşların anonim rəylərinə əsasən təqdim olunur. Sorğunun nəticələrinə əsasən, Azercell əməkdaşlarının 80%-dən çoxu şirkəti işləmək üçün ideal mühit kimi dəyərləndirib. Bu göstərici şirkətin işçi məmnuniyyəti və təşkilati mədəniyyətin inkişafı istiqamətində həyata keçirdiyi ardıcıl və məqsədyönlü fəaliyyətinin göstəricisidir.

Seçilən
0
1
mia.az

2Mənbələr