2025/2026 mövsümündə Çempionlar Liqasında iştirak edəcək bütün İspaniya klubları bəlli olub.
"Unikal" xəbər verir ki, qarşıdan gələn ÇL-də 5 İspaniya komandası iştirak edəcək. Bunlar La Liqanın cari mövsümündə ilk 5 yeri tutan klublardır.
Siyahıda "Barselona", "Real", "Atletiko", "Atletik" və "Vilyarreal" var.
Xatırladaq ki, Çempionlar Liqasının 2024/25 mövsümünün finalı mayın 31-də keçiriləcək. Burada "İnter" və PSJ klubları qarşılaşacaq.