AZ

İsraildən Qəzza ilə bağlı QƏRAR - Razılıq verildi

İsrail hökuməti Qəzza zolağına "əsas həcmdə" ərzaq məhsullarının buraxılmasına icazə verib.

Musavat.com xəbər verir ki, bu barədə Baş nazir Benyamin Netanyahunun dəftərxanası rəsmi açıqlama yayıb.

Bəyanatda qeyd olunub ki, qərar İsrail Müdafiə Ordusunun tövsiyəsi əsasında və HƏMAS-a qarşı genişmiqyaslı hərbi əməliyyatların intensivləşdirilməsi ilə əlaqədar qəbul edilib:

“İsrail Qəzza zolağında aclıq böhranının qarşısını almaq məqsədilə əhaliyə əsas həcmdə ərzaq təmin edəcək. Bu, həm də əməliyyat baxımından zəruridir.”

Hazırda bölgədə ağır humanitar vəziyyət hökm sürür, beynəlxalq təşkilatlar dəfələrlə Qəzzaya yardım girişinin təmin edilməsinə çağırış ediblər.

Toğrul İSMAYIL,
Musavat.com

 

 

Seçilən
0
50
musavat.com

10Mənbələr