ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə tez bir zamanda görüşmək istəyir və danışıqların harada və nə vaxt keçiriləcəyi, eləcə də söhbət mövzuları hazırda qərarlaşdırılır.
Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio deyib.
"Prezident Tramp bu təklifi artıq açıqlayıb. Belə bir görüşün təşkili mexanizmi bir az iş tələb edəcək. Ona görə də yer və tarix seçimi baxımından dəqiq nə planlaşdırıldığını deyə bilmərəm, amma prezident bunu etmək istəyir”, - Rubio bildirib.
Qeyd edək ki, mayın 19-da iki lider arasında telefon danışığı planlaşdırılır.