ABŞ-ın Kaliforniya ştatında avtomobilin partlaması nəticəsində azı bir nəfər həlak olub.
APA xəbər verir ki, bu barədə "NBC" telekanalı hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.
Partlayış yerli vaxtla saat 11:00 radələrində "Desert Regional Hospital" xəstəxanasının yaxınlığında baş verib.
Həlak olan şəxsin kimliyi hələlik müəyyən edilməyib.