AZ

Misli Premyer Liqasında 35-ci tur start götürür

Bu gün Misli Premyer Liqasında 35-ci tur start götürəcək. 

“İki sahil” xəbər verir ki, ilk oyun günündə 3 matç keçiriləcək. Qarşılaşmaların hamısı eyni vaxtda start götürəcək. Bu da 3 və 4-cü yerlərin sahiblərinin müəyyənləşməsi ilə bağlıdır. 

55 xalla üçüncü pillədə qərarlaşan “Araz-Naxçıvan” səfərdə 36 xalla yeddinci yerdə olan “Şamaxı”nın qonağı olacaq. Naxçıvan klubu bu matçda uduzmayacağı halda üçüncü yeri təmin edəcək. Cari mövsüm bu komandaların oyunlarından ikisində "Araz-Naxçıvan" eyni hesabla (1:0) qalib gəlib, bir matç isə heç-heçə yekunlaşıb - 1:1.

30 xalla 9-cu yerdə olan “Sumqayıt” doğma divarlar arasında 49 xallı “Turan Tovuz”u sınağa çəkəcək. Vaqif Cavadovun istefaya göndərilməsindən sonra bu matça “Sumqayıt”ı Vurğun Hüseynov çıxaracaq. Tovuz klubu səfərdən 1 xalla dönsə, dördüncü yeri təmin edəcək. İlk 3 dövrədəki matçlardan ikisində "Turan Tovuz", birində isə "Sumqayıt" 3 xal qazanıb. 

Digər matçda isə artıq gümüş medalı təmin edən “Zirə” 5-ci pillədə qərarlaşan “Sabah”la üz-üzə gələcək. Qonaqlar dördüncü yerə ümidini davam etdirmək üçün bu matçda qələbə qazanmalı, eləcə də “Turan Tovuz”un məğlubiyyətinə ümid etməlidir. Bu mövsüm tərəflər arasında oynanılan 3 matçdan birincisi "Zirə"nin 2:0 hesablı qələbəsi, digər ikisi isə 1:1 hesabı ilə yekunlaşıb. 

Qeyd edək ki, tura sabah keçiriləcək 2 matçla yekun vurulacaq. 

Misli Premyer Liqası,

35-ci tur

17 may (şənbə)

17:00. "Sumqayıt" - "Turan Tovuz"
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Müslüm Əliyev, Alik Yunusov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu 

17:00. "Zirə" - "Sabah"
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli
Zirə İdman Kompleksinin stadionu

17:00. "Şamaxı" - "Araz-Naxçıvan"
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamranbəy Rəhimov
Şamaxı şəhər stadionu

18 may (bazar)

17:00. "Neftçi" - "Səbail"

19:00. "Qarabağ" - "Kəpəz"

Seçilən
0
3
ikisahil.az

10Mənbələr