AZ

NBC: Tramp Qəzzadan 1 milyon fələstinlini Liviyaya köçürmək istəyir

ABŞ Prezidenti Donald Trampın administrasiyası 1 milyon fələstinlinin Qəzza zolağından Liviyaya köçürülməsi planını hazırlayır.

"Report" xəbər verir ki, bu barədə NBC telekanalı mənbələrə istinadən məlumat yayıb.

Onların məlumatına görə, Vaşinqton Liviyaya miqrantları qəbul edəcəyi təqdirdə, bu ölkənin aktivlərin dondurulmasını ləğv edəcək.

Bu təşəbbüsün həyata keçirilməsində ciddi çətinliklərlə üzləşəcəyi ehtimalı olduğundan hələlik yekun qərar verilməyib. Xüsusilə, nə qədər qəzzalının könüllü olaraq Liviyaya getməyə razı olacağı sualı açıq qalır.

ABŞ administrasiyası fələstinlilərə, məsələn, onları pulsuz mənzillə təmin etmək və ya hətta müavinət ödəmək yolu ilə onlara maddi həvəsləndirmə imkanını nəzərdən keçirir, lakin bu, Vaşinqtondan ciddi xərclər tələb edəcək.

Fələstinlilərin Liviyanın hansı hissəsində məskunlaşa biləcəyi və onların köçürülməsinin dəqiq necə həyata keçiriləcəyi də məlum deyil. Bundan əlavə, daha bir milyon insanın Liviyaya gəlişi onsuz da qeyri-sabit olan ölkədə gərginliyi daha da artıra bilər.

Seçilən
0
5
report.az

6Mənbələr