AZ

Makronla Paşinyan sülh sazişini müzakirə etdilər

Ermənistanın baş naziri Nikol Paşinyan Albaniyanın paytaxtı Tiranada Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Fransa prezidenti Emmanuel Makronla görüşüb.

"Unikal" xəbər verir ki, tərəflər regional və beynəlxalq prosesləri müzakirə ediblər, o cümlədən Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasının və bu istiqamətdə ardıcıl addımların atılmasının vacibliyini qeyd ediblər.

Fransa prezidenti qeyd edib ki, “Cənubi Qafqazda sabitlik və təhlükəsizlik bütövlükdə regional əməkdaşlıq üçün həyati əhəmiyyət kəsb edir”.

Bundan əvvəl Fransa prezidenti Emmanuel Makron Avropa Siyasi Birliyinin 6-cı sammitindəki çıxışında Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanacağına inandığını bildirib.

Seçilən
0
35
unikal.az

10Mənbələr