AZ

Universitetlərdə tələbələrdən "Məzun günü" üçün pul yığılır?VİDEO

Artıq "Məzun günü"nü sayılı həftələr qalıb.

Xezerxeber.az-ın məlumatına görə, hər il ölkədəki universitetlərindən minlərlə tələbə məzun olur.

Bəs "Məzun günü"nü qeyd etməyə nə qədər pul tələb olunur? Umumiyyətlə, tələbələrdən "Məzun günü"nə görə pul yığılırmı?

Məzun olacaq şəxslər deyirlər ki, tələbələrdən adambaşına təqribən 100-250 manat aralığında pul çıxır.

Tələbələrin sözlərinə görə, bu pulu öz aralarında könülü toplayırlar.

Apardığımız araşdırma  nəticəsində məlum oldu ki, “Məzun günü” ilə bağlı universitetlər də öz büdcələrindən müəyyən vəsait ayrırılar. Bəzi universitetlər 15-20 min manat,

bəzi universitetlər məşhur aparıcılar, müğənnniləri də  dəvət edərək 60-70 min manat, bəziləri də daha bahalı məkanlar  seçərək bundan çox pul xərcləyirlər.

Ekspertlər isə bu qədər pulun “Məzun günü”nə yox, tələbələrin inkişafına yönəlməsinin daha məqsədəuyğun olduğunu düşünürlər.

Elm və Təhsil Nazirliyindən isə bildirildi ki, “Məzun günü”nə xərclənən pullara nəzarət mexanizmi yoxdur. Bununla bağlı məsələlər universitetlərin daxili qaydaları əsasında formalaşır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
0
36
xezerxeber.az

10Mənbələr