Bəzi çaylarda sululuq artıb.
Bu barədə "Unikal"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Böyük Qafqaz ərazisindən axan Qarasuçayda 35 sm, Katexçayda 19 sm, Kiçik Qafqaz ərazisindən axan Zəyəmçayda 7 sm, Əsrikçayda 3 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Bərgüşadçayda 9 sm, Tərtərçayda 2 sm, Lənkəran-Astara bölgəsindən axan Lənkərançayda 6 sm artım qeydə alınıb.
Transsərhəd çay olan Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 26 sm artıb, su sərfi 763 m3/san olmaqla normanın 102%-ni, Qanıx-Cəlayir məntəqəsində isə suyun səviyyəsi 46 sm artıb, su sərfi 339 m3/san olmaqla normanın 167%-ni təşkil edir.
Yaxın günlərdə gözlənilən yağıntılar ilə əlaqədar çaylarda yüksək sululuğun davam edəcəyi, bəzi dağ çaylarından isə qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.