AZ

Paşinyan İTV-yə müsahibə verdi —"Sülh sazişini imzalamağa hazırıq"

Albaniyada səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın İctimai Televiziyasına müsahibə verib. 

 İTV-nin müxbiri Paşinyandan Ermənistan yeni Konstitusiyasında Müstəqillik haqqında Bəyannaməyə istinadın olub-olmayacağını soruşub.

Nikol Paşinyan deyib ki, Ermənistanda hələ yeni Konstitusiya layihəsi yoxdur.

Paşinyan sülh sazişi barədə də danışıb. Onun sözlərinə görə, İrəvan ATƏT-in Minsk Qrupunun buraxılmasını məqbul hesab edir: “Bizim təklif etdiyimiz həll yolu belədir: sülh sazişi imzalamaq və eyni zamanda ATƏT-in Minsk qrupunun buraxılması üçün ATƏT-ə müraciət etmək. Yəni eyni yerdə, eyni zamanda – bu çox vacibdir. Bu, regionumuzda qarşılıqlı etimadın və sabitliyin çox mühüm jesti olacaq”.
Seçilən
0
13
demokrat.az

10Mənbələr