AZ

Azərbaycan çempionatında dalaşan futbolçularla bağlı SOB QƏRAR

19 yaşadək futbolçular arasında Azərbaycan çempionatında baş verən xoşagəlməz hadisə AFFA-da müzakirə olunub.

Sportinfo.az xəbər verir ki, qurumun İntizam Komitəsi Gənclər Liqasında keçirilən “Kəpəz” – “Səbail” matçında dalaşan futbolçularla bağlı qərar verib.

Hadisə meydan sahiblərinin oyunçusu Nihad İsaqov və Bakı klubunun futbolçusu Murad Muradzadə arasında baş verib.

Onların hər ikisi qarşılaşmanın 71-ci dəqiqəsində təcavüzkar davranışa (rəqibi əli ilə vurduğuna) görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb. AFFA futbolçuları 4 oyunluq diskvalifikasiya edib.

Seçilən
0
1
sportinfo.az

10Mənbələr