ABŞ Maliyyə Nazirliyi Vaşinqtonun Suriyaya qarşı tətbiq etdiyi sanksiyaların ləğvi prosesinə başlayıb.
APA xəbər verir ki, bu barədə ABŞ-ın maliyyə naziri Skot Bessent “X” hesabında paylaşım edib
“Maliyyə Nazirliyi vəziyyəti sabitləşdirmək və Suriyanın sülhə doğru irəliləməsinə yardım etmək məqsədilə sanksiyaları yumşaltmaq üçün addımlar atır”, - nazir qeyd edib.