Ajans.az "Unikal"-a istinadən xəbər verir ki, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb. Belə ki, 2006-cı il təvəllüdlü F.Novruzzadə budunun kəsilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Gənc oğlana yardım edilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

19 yaşlı gənc oğlanın hansı səbəbdən xəsarət alması məlum deyil. Faktla bağlı araşdırma aparılır.