AZ

Millimizin Ukrayna yığması ilə matçının yeri BİLİNDİ

Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsində Ukrayna yığması ilə keçirəcəyi ev oyununun yeri və başlama vaxtı müəyyənləşib. 

"Unikal" AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, D qrupunun II turu çərçivəsində sentyabrın 9-da Bakıda təşkil olunacaq görüş Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq. 

Matç saat 20:00-da başlayacaq.

Qeyd edək ki, millimizin qrupdakı digər rəqibləri Fransa və İslandiya olacaq.

Seçilən
0
2
unikal.az

10Mənbələr