AZ

Hava proqnozu: Leysan olacaq, dolu düşəcək, qar yağacaq

Azərbaycanda mayın 15-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin mayın 14-dən 15-nə keçən gecə və axşama doğru bəzi yerlərdə yağış yağacağı ehtimal edilir. Yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 14-16°, gündüz 18-21° isti olacaq. Atmosfer təzyiqi 761 millimetr civə sütunu, nisbi rütubət gecə 70-75, gündüz 55-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi proqnozlaşdırılır. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 12-16°, gündüz 16-21° isti, dağlarda gecə 3-8°, gündüz 10-15° isti olacağı bildirilir.

Seçilən
0
49
yeniazerbaycan.com

10Mənbələr