AZ

Hava proqnozu: Leysan olacaq, dolu düşəcək, qar yağacaq

Bakı, 14 may, AZƏRTAC

Azərbaycanda mayın 15-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin mayın 14-dən 15-nə keçən gecə və axşama doğru bəzi yerlərdə yağış yağacağı ehtimal edilir. Yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 14-16°, gündüz 18-21° isti olacaq. Atmosfer təzyiqi 761 millimetr civə sütunu, nisbi rütubət gecə 70-75, gündüz 55-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi proqnozlaşdırılır. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 12-16°, gündüz 16-21° isti, dağlarda gecə 3-8°, gündüz 10-15° isti olacağı bildirilir.

Seçilən
0
49
azertag.az

10Mənbələr