AZ

Diaspor Gənclərinin VI Yay Düşərgəsinə qeydiyyat davam edir

Bakı. Trend:

“Konstitusiya və Suverenlik ili”nə həsr olunan və 2025-ci ilin3–9 avqust tarixində Xankəndidə keçiriləcək Diaspor Gənclərinin VlYay Düşərgəsinə qeydiyyat prosesi davam edir.

Trend xəbər verir ki, bu barədə Diasporla İşüzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, VI düşərgənin elan olunmasından ötən qısa müddətərzində 100-dən artıq gənc iştirak üçün müraciət edib.

Qeyd edək ki, müraciətlərin sayının çoxluğu layihəyə olan xüsusimarağın, onun beynəlxalq nüfuzunun artmasının, eyni zamanda xaricdəyaşayan gənclərimizin işğaldan azad olunmuş əraziləri görmək,Vətənimizi daha yaxından tanımaq və onun inkişafına birbaşa şahidolmaq istəyinin bariz nümunəsidir.

İştirak üçün 31 may 2025-ci il tarixinə qədər www.diaspor.gov.az/qeydiyyatsəhifəsində yerləşdirilmiş onlayn anket forması tam olaraqdoldurulub göndərilməlidir. Seçim prosesi iki mərhələdə –müraciətlərin qəbulu və videomüsahibələr formasındakeçiriləcək.

Qeydiyyat, proqram, iştirakçıların seçim prosesi və digər vacibməlumatları əldə etmək üçün www.diaspor.gov.az saytınıdiqqətdə saxlamaq vacibdir.

Əlavə məlumat üçün:

E-mail: [email protected]

Tel.: ‪+994 12 493 10 54

WhatsApp: ‪+994 51 867 36 02

Məlumat üçün bildirək ki, Diasporla İş üzrə Dövlət Komitəsi vəHeydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə bu günə kimiDiaspor gənclərinin Şəki, Şamaxı, Şuşa, Naxçıvan və Laçınşəhərlərində beş yay düşərgəsi təşkil olunub. Bu düşərgələrdədünyanın 60-dan artıq ölkəsindən yüzlərlə gənc iştirak edib.

Seçilən
0
6
az.trend.az

7Mənbələr