Azərbaycan Premyer Liqasında 2024/2025 mövsümünün qalibi “Qarabağ” mükafatlandırılacaq.
Sportinfo.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, tədbir 18 mayda “Azərsun Arena”da keçiriləcək.
35-ci tur çərçivəsində, saat 19:00-da start götürəcək “Kəpəz”lə oyundan sonra stadionda təltifetmə mərasimi baş tutacaq. “Qarabağ”a çempionluq kuboku və qızıl medallar təqdim olunacaq.