ABŞ Rusiya və Ukrayna arasında İstanbulda keçirilməsi danışıqları sülhə nail olmaq üçün həlledici imkan kimi qiymətləndirir.
"Report" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsinin müavini Tommi Piqott brifinqdə bildirib.
"ABŞ Prezidenti Donald Tramp bu məsələ ilə bağlı öz fikrini bildirib. O, açıq şəkildə vurğulayıb ki, İstanbulda keçiriləcək görüş Rusiya və Ukrayna arasında birbaşa danışıqlar üçün həlledici imkandır. Bu, atəşkəsə nail olmaq və daha sonra uzunmüddətli sülh üçün vacib fürsətdir”, - o qeyd edib.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin bundan əvvəl Ukraynaya mayın 15-də İstanbulda heç bir ilkin şərt olmadan birbaşa danışıqları bərpa etməyi təklif etmişdi. Ardınca Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, o, cümə axşamı günü Türkiyədə Rusiya Prezidentini gözləyəcək.