AZ

Tramp Suriya prezidenti ilə görüşə BİLƏR

Suriyanın müvəqqəti prezidenti Əhməd Əş-Şəraa mayın 14-də Səudiyyə Ərəbistanına səfəri çərçivəsində ABŞ Prezidenti Donald Trampla görüşə bilər.

"Unikal" xəbər verir ki, bu barədə BƏƏ-nin “The National” qəzeti yazıb.

Nəşrin Suriya XİN-dəki mənbəsinin sözlərinə görə, Ər-Riyad Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurasının sammiti çərçivəsində Tramp və əş-Şəraa arasında 45 dəqiqəlik görüş keçirməyi təklif edib.

Qeyd olunub ki, ABŞ lideri Dəməşqdəki yeni administrasiya başçısını "dinləməyə razılaşıb", lakin ABŞ hələ rəsmi olaraq görüşü təsdiqləməyib.

Seçilən
0
33
unikal.az

10Mənbələr