Səudiyyə Ərəbistanında təmaslarını davam etdirən ABŞ prezidenti Trampın sabah Suriya prezidenti Əhməd Şəraa ilə görüşəcəyi gözlənilir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Tramp mövzu ilə bağlı son açıqlamasında, "biz Suriya mövzusunda da prezident Rəcəb Tayyib Ərdoğanla işləyirik və bu arada sanksiyalarla bağlı qərar verməmiz lazım olacaq. Suriyaya qarşı sanksiyaları ləğv edə bilərik, çünki onlara yeni bir başlanğıc vermək istəyirik",- deyə o bildirib.