Azərbaycan Karate Federasiyası (AKF) rəhbərliyinin müvafiq əmri ilə Tural Ağalarzadə 14-15 yaşlı yeniyetmələr və 16-17 yaşlı gənclərdən ibarət kumite millisinin köməkçi məşqçisi təyin olunub.
Futbolpress.az xəbər verir ki, bu barədə AKF-nın mətbuat xidməti məlumat yayıb.
Təyinat baş məşqçi Anar Allahverdiyevin rəhbərliyi altında komanda heyətinin daha da gücləndirilməsi və gənc idmançıların peşəkar səviyyədə hazırlanması məqsədi daşıyır.