Bakı. Trend:
Azərbaycan beynəlxalq arenada imicini və təsirini daha dagücləndirmək üçün ictimai diplomatiyanın imkanlarından uğurlaistifadə edir. Bu prosesin vacib tərkib hissəsi xaricdə yaşayansoydaşlarımızı bir araya gətirən mərkəzlərin yaradılmasıdır.
2025-ci il mayın 8-də Livanda Azərbaycan Evinin açılışıolub.
Trend-inxəbərinə görə, Azərbaycan Evinin rəhbəri Xaled İsmayıl türkmanicmasının fəaliyyəti və orada evin açılmasını zəruri edənsəbəblərləbağlı ətraflı məlumat verib.
“Azərbaycan Evinin açılması türkmanların Azərbaycan tarixi,ədəbiyyatı və mədəniyyətini öyrənməsi üçün böyük fürsətdir. Buimkanı bizə yaratdığına görə Azərbaycan dövlətinə minnətdarıq”, -deyə o bildirib.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini VaqifSeyidbəyov Livanda Azərbaycan Evinin açılmasını iki ölkəarasındakımünasibətlərin inkişafı, eləcə də, burada yaşayantürkman xalqınınnümayəndələri üçün mühüm hadisə olduğunusöyləyib.
“Bugünədək dünyanın 19 ölkəsində 30 Azərbaycan Evi açılıb. Buevlərin açılması Azərbaycan dövləti və Prezident İlham Əliyevinxaricdə yaşayan soydaşlarımıza qayğısının ən bariznümunəsidir.İnanıram ki, burada yaşayan türkmanlar LivandakıAzərbaycan Evinin xətti ilə iki ölkə arasındakı münasibətlərininkişafına böyük töhfə verəcəklər”, - deyə sədr müavini qeydedib.
Livanın Əkkar bölgəsinin Kavaşra kəndində 3 minədəktürkmənyaşayır. 2023-cü ildə ilk dəfə Kavaşra kənd liseyininşagirdləriarasında Azərbaycan-Livan münasibətlərinə həsr olunaninşamüsabiqəsi keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinindəstəyiilə müsabiqənin 3 qalibi 2023-cü il 18-21 sentyabrdaAzərbaycana dəvət olunub. Qaliblər üçün bir çox istiqamətdə faydalıolansəfərdə şagirdləri məktəbin direktoru və müəllimi müşayiətedib.
Azərbaycana səfəri zamanı Diasporla İş üzrə DövlətKomitəsininsədri ilə görüşən Kavaşra liseyinin direktoru Xaledİsmayıl kənddə Azərbaycan Evinin açılması, orada Azərbaycan tarixi,ədəbiyyatıvə mədəniyyətinin öyrənilməsi, həmçinin, Azərbaycandilinin tədrisində çox maraqlı olduqlarını bildirib. Diasporla İşüzrəDövlət Komitəsi bu layihədən sonra Kavaşra kəndindəyaşayantürkmənlərlə daim təmasda olub.
Azərbaycan Evində iki müəllim fəaliyyət göstərəcək. Bundan sonraisə həftəiçi iki gün Azərbaycan dili və tarixi dərslərininkeçirilməsi planlaşdırılır. Bu dərslər gənc nəslin Azərbaycandilində danışma bacarığını inkişaf etdirməklə yanaşı, milli-mənəvidəyərlərin ötürülməsi, tarix və mədəniyyətimizin tanıdılmasıbaxımından da mühüm əhəmiyyət daşıyır. Bu, eyni zamanda,xariciölkədə yaşayan soydaşlarımızın vətənlə bağlarının möhkəmlənməsinətöhfə verəcək.
Azərbaycan Evinin açılması ölkəmizin diaspor siyasətindəmühümmərhələ kimi qiymətləndirilə bilər. Diasporla İş üzrə DövlətKomitəsinin dəstəyi və təşkilatçılığı ilə həyata keçirilənbutəşəbbüs təkcə Azərbaycan icmasının mədəni kimliyinin qorunmasınaxidmət etmir, eyni zamanda, ölkəmizin dünyada daha da tanıdılmasıistiqamətində atılmış önəmli addımdır.
Bu təşəbbüs həm də Azərbaycan dövlətinin xaricdəki soydaşlarınaverdiyi dəyərin bariz göstəricisidir. Livanda AzərbaycanEvininyaradılması, orada təhsil və mədəni fəaliyyətlərinhəyatakeçirilməsi, Azərbaycanın dövlətçilik maraqlarına xidmət edənbiraddım olmaqla yanaşı, milli həmrəyliyi gücləndirən mühüm sosialplatformadır.
Azərbaycan Evi yalnız mədəni və təhsil mərkəzi deyil, həmdəölkəmizin ictimai diplomatiya strategiyasının gücləndirilməsinəxidmət edən mühüm bir platformadır. Bu təşəbbüs Diasporla İşüzrəDövlət Komitəsinin məqsədyönlü fəaliyyətinin bir nümunəsi olaraqAzərbaycanın xaricdəki yumşaq güc potensialını artırır və ölkəmizinbeynəlxalq aləmdə daha geniş miqyasda tanıdılmasına töhfə verir.Burada keçiriləcək Azərbaycan dili və tarixi dərsləri, mədənitədbirlər, sərgilər, ədəbi-bədii görüşlər və müxtəliftematikseminarlar vasitəsilə yerli ictimaiyyətin Azərbaycanamarağıartırılacaq, qarşılıqlı anlaşma və dostluq mühitiformalaşdırılacaq. Beləliklə, Azərbaycan Evi həm informasiyaboşluqlarını dolduracaq, həm də Azərbaycana qarşı təşkil ediləntəxribatların qarşısını alacaq mühüm kommunikasiya vasitəsinəçevriləcək.
Diasporla İş üzrə Dövlət Komitəsi ictimai diplomatiyanınaparıcısubyektlərindən biri kimi çıxış edir. Xaricdəki Azərbaycanevləri, diaspor təşkilatları və təhsil layihələri vasitəsiləAzərbaycan səsini dünyaya çatdırmaq üçün yeni kanallar yaradır.Livandakı Azərbaycan Evi isə bu strategiyanın uğurlu bir hissəsidir– buradahəm milli-mədəni dəyərlər qorunur, həm də Azərbaycanlabağlı müsbət imic formalaşdırılır. Nəticə etibarilə, bu təşəbbüstəkcə Livandakı azərbaycanlılar üçün deyil, eyni zamanda,Azərbaycanla Livan arasında sosial və mədəni körpülərin qurulmasıbaxımındanda böyük əhəmiyyət daşıyır. İctimai diplomatiyanın gücüdə elə buradadır: o, insanlar arasında körpülər yaradır və xalqlarıbir-birinə daha yaxın edir.