Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və NATO-nun baş katibi Mark Rutte mayın 13-də İstanbulda keçiriləcək görüşdə Rusiya və Ukrayna arasında mümkün danışıqları müzakirə edə bilərlər.
NOCOMMENT.az bildirir ki, bu barədə RİA Novosti xəbər verir.
“Ukraynadakı münaqişə və ehtimal olunan danışıqlar prosesi çox güman ki, danışıqların gündəliyinə daxil ediləcək”, – Ankaradakı diplomatik mənbə agentliyə bildirib.
Rutte və Ərdoğan arasında NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin Antalyada keçiriləcək qeyri-rəsmi görüşü öncəsi danışıqlar mayın 12-də məlum olub.Alyansın baş katibinin Türkiyə lideri ilə söhbətdən sonra mətbuat konfransı verməyi planlaşdırmadığı qeyd edilib.
Mayın 11-də Rusiya prezidenti Vladimir Putin Kiyevə ilkin şərt olmadan birbaşa danışıqları bərpa etməyi təklif edib. O əlavə edib ki, gecikmədən başlamaq lazımdır və tarix və yer təklif edib – mayın 15-i İstanbulda.