AZ

“Siti” “Bavariya”nın planını poza biləcək?

“Bayer Leverkuzen”nin yarımmüdafiəçisi Florian Virts komandanı tərk etmək istədiyini artıq rəhbərliyə bildirib.

Publika.az xəbər verir ki, lakin 22 yaşlı futbolçunun transfer dəyəri azı 150 milyon avro təşkil edir. Bu isə o deməkdir ki, onun keçidini yalnız çox məhdud sayda klub reallaşdıra bilər.

Belə xəbərlər fonunda Münhen “Bavariya”sı ənənəvi olaraq dərhal fəallaşıb və artıq futbolçu ilə şəxsi razılıq əldə etdiyi bildirilir. Amma “Bayer”in də mövqeyi var. Virtsin 2027-ci ilə qədər klubla müqaviləsi qüvvədədir və Leverkuzen təmsilçisi daxili rəqibini gücləndirmək istəmir.

Məhz bu səbəbdən klub futbolçunun iradəsindən asılı olmayaraq İngiltərə təmsilçisi “Mançester Siti” ilə danışıqlar aparıb və potensial satışla bağlı ilkin şərtləri razılaşdırıb. Bununla belə, “Bavariya”nın üstünlüyü oyunçuya təklif etdiyi şəxsi müqavilə şərtlərində qalır.

Seçilən
0
13
publika.az

10Mənbələr