AZ

Merz Azərbaycana pis münasibəti Şoltsdan siyasi miras kimi aldı...


Akif Nağı: "Bu yaxınlarda Almaniyanın prezidenti Frank-Valter Ştaynmayerin regiona səfəri oldu, amma əsas məqsəd Azərbaycana gəlmək idi"

Artıq Almaniyanin yeni seçilmis kanslerı Fridrix Merz öz səlahiyyətlərinin icrasına başlayıb. Kansler ilk günlərdən sərt bəyanatları ilə dünyanın siyasi səhnəsini sirkələdi. Avropanın özünümüdafiə qabiliyyətinin yüksəldilməsini prioritetlərdən biri elan etdi.

Almaniyanın yeni kansleri Fridrix Merzin dövründə Azərbaycanla münasibətlər necə ola bilər? Azərbaycan Prezidenti də onu təbrik etdi, iqtisadi, ticarət və enerji sahəsində böyük əməkdaşlıq perspektivindən danışdı. Şoltsun dövründə Almaniya ilə siyasi münasibətlərimiz o qədər də hamar deyildi. Yeni kansler Fridrix Merz Azərbaycanla necə davranacaq?

Baki-xeber.com saytının sualını cavablandıran politoloq Akif Nağı bildirdi ki, yeni kansler Xristian Demokratlar İttifaqının nümayəndəsidir: "Onun seçkiləri də çətinliklərlə keçdi, kansler seçkisi belə rəvan olmadı, çətinliklərı çox oldu.

Koalisiyaya getməli oldular. İkinci yeri millətçi və irqçi partiya olan "Almaniya üçün Alternativ" partiyası tutdu. Sosial-Demokratların məğlub olaraq hakimiyyətdən getmələrinə baxmayaraq, onlar dövlətçilik xatirinə Xristian Drmokratik İttifaqına və Xristianların Sosialist İttifaqına dəstək verdilər. Çətinliklə də olsa Fridrix Merz kansler seçilə bildi. Yeni seçilməsinə baxnayaraq, kanslerə qarşı əhali arasında narazılıq var. Baxmayaraq ki, yeni seçilib, sorğularda da narazılıq özünü göstərir.

Amma indiyə qədər Merz siyasətdə və iqtisadi əlaqələrdə iştirak etmədiyinə görə onun Azərbaycana qarşı mövqeyini müəyyənləşdirmək çətindir. Birincisi, diqqət etməliyik ki, Almaniyanın Azərbaycana münasibəti Xristiansan Demokratik İttifaqının lideri Angela Merkelin dövründə necə olub. Həmin vaxt Azərbaycanla Almaniya arasında xoş münasibətlər olub.

Digər tərəfdən, bu yaxınlarda Almaniyanın prezidenti Frank-Valter Ştaynmayerin regiona səfəri oldu, amma əsas məqsəd Azərbaycana gəlmək idi. Bunu da bir müsbət əlamət kimi qəbul etmək olar. Çünki bu səfər seçkidən sonra baş tutmuşdu.

Həmin səfər zamanı Azərbaycan prezidenti ilə geniş müzakirələr oldu. Bu isə ona işarədir ki, Almaniyanın Azərbaycana münasibəti dəyişmir. Hazırkı kanslerin partiyasından olan Angela Merkelin dövründə dövlətlərimiz arasında isti münasibətlər olub. Almaniya Qarabağ məsələsinə yönəlik də həmişə ədalətli mövqe tutmağa çalışıb. Yəqin ki, bu siyasi xətt davam etdiriləcək.

F.Merz bir qədər sərt xətt tərəfdarı olan siyasətçi təsiri bağışlayır. Hesab edirəm ki, Avropada belə bir siyasətçiyə ehtiyac var. Avropanın mövqeyini sərt şəkildə müdafiə edir və ABŞ-dən asılılığın aradan qaldırılması ideyasını ortaya qoyub. Avropanin iqtisadi cəhətdən gücləndirilməsi xəttini götürüb. Bu baxımdan Böyük Britaniya ilə münasibətlərın istiləşdirilməsınə çalışır. Böyük Britaniya Avropa İttifaqından çıxandan sonra onun Avropa ölkələrı ilə münasibətləri sərinləşmişdi. Amma indi hiss edilir ki, Almaniyanın rəhbərliyi altında Böyük Britaniya ilə Avropa arasında inteqrasiya genişlənəcək. Avropanın siyasi, iqtisadi və hərbi güc mərkəzinə çevrilməsi məsələsi artıq ortadadır. Merz həm də bildirdi ki, son zamanlar nüvə dövlətlərinin bir-birini təhdid etdiyi bir dönəmdə Avropa da öz nüvə arsenalını nəzərdən keçirməlidir. Əgər Avropa bu kursu götürürsə, onun Azərbaycanla isti münasibətlərdə olması qaçılmazdır. Hazırda İtaliya vasitəsi ilə Azərbaycandan Almaniyaya neft və qaz ixrac edilir. Qarşıdakı illərdə bu ixracatın həcminin genişləndirilməsi nəzərdə tutulur.

Digər məhsullar üzrə də ticarət dövriyyəsinin artırılması planlaşdırılır.

Başqa sözlə desək, Avropa Amerikanın himayəsindən çıxıb müstəqil güc mərkəzinə çevrilmək istəyirsə, Cənubi Qafqaz diqqət mərkəzindən kənarda qala bilməz. Cənubi Qafqazın isə lider dövləti Azərbaycandır. Bu səbəbdən də bütün Avropa, o cümlədən də Almaniya Azərbaycanla münasibətlərə xüsusi diqqət yetirməli, onu daima yüksək səviyyədə saxlamalıdır. Bütün bunlar müəyyən ümidlərə yol açır ki, qarşıdakı dönəmdə Almaniya ilə münasibətlərimiz inkişaf edəcək. Bu günlərdə onu təsdiqləyən addımların şahidi olacağıq".

Akif NƏSİRLİ

Seçilən
0
36
baki-xeber.com

10Mənbələr