Keyfiyyətli mahnıların qıtlığı müğənniləri belə addım atmağa sövq edib ki, hansısa yolla özlərini göstərsinlər, məşhurlaşsınlar. Bunun üçün hər yolu seçirlər. Bu problemlərin əsas səbəbi hazırda keyfiyyətli mahnıların az olması və o cür mahnıları efirə buraxan TV rəhbərlərinin, redaktorlarının zövqünün aşağı olmasıdır”.
“Meyxana dinləyərkən onun bədii keyfiyyətlərini görmürəm, bu gün də əminəm ki, onun bədii keyfiyyəti yoxdur. O mətnləri, o şeirləri adicə kağıza yazıb analiz etsəz görəcəksiniz ki, çox aşağı səviyyədə şeirlərdir. Sadəcə onun dəyəri ondadır ki, bədahətən deyilir, yarışma şəklində.İndi belə görünür ki, yarışmadan da keçiblər, iddiaları daha böyükdür meyxanaçıların. Yəni bədii sənət iddiaları var. Mən şəxsən bunu qəbul etmirəm. Məsələn, əvvəllər aşıqların dəyişmələri var idi. Onlar yüksək səviyyəli bədii əsər sayıla bilər. Meyxana məncə elə deyil. Müğənnilərin musiqili meyxanaya üz tutmasına gəlincə, məcbur tutub saxlaya bilmərik, etsinlər”.