AZ

Moskvada erməni MMA döyüşçüsü saxlanıldı


Moskvada qarışıq döyüş növləri üzrə (MMA) erməni döyüşçüsü Mixail Allahverdyan saxlanılıb.
Yeniavaz.com
“Sport Baza”ya istinadla xəbər verir ki, onun üzərində odlu silah aşkar edilib.
Belə ki, mayın 5-nə keçən gecə Moskvanın mərkəzində erməni MMA döyüşçüsünün “Cadillac Escalade” markalı avtomobili yol polisi əməkdaşları tərəfindən sənədlərini yoxlamaq üçün saxlanılılıb.
Sənədlərin yoxlanılması zamanı avtomobildə sürücü oturacağının arxasında yerləşən şübhəli dəri çanta aşkar edilib. Allahverdyan çantada sənədlərin olduğunu bildirib. Lakin o, vəsiqəsini almaq istəyən zaman polis əməkdaşı çantanın içərisində tapança olduğunu görüb.
Allahverdyan silahı küçədə tapdığını və polisə təhvil verəcəyini iddia edib.
Hadisə yerinə əməliyyat-istintaq qrupu cəlb edilib və silah ekspertizaya aparılıb.
Müayinə nəticəsində məlum olub ki, Allahverdyanın üzərindən evdə hazırlanmış 9 mm çaplı RETAY S2022-O tapançası aşkar edilib. Müayinə nəticəsində həmçinin silahın odlu silah kimi modifikasiya edildiyi məlum olub.
Seçilən
0
yeniavaz.com

1Mənbələr