AZ

3 manata satılan kabablar hansı ətdən hazırlanır?VİDEO

Şəhərin müxtəlif yerlərində 3 manata kabab elanlarını görmüsünüz. Məlum təklifə sosial şəbəkələrdə də tez-tez rast gəlirik.

Xezerxeber.az xəbər verir ki, bu qiymətə kabab təklif edənlərin bir çoxu hətta çörəyin və çatdırılma xidmətinin qiymətini də bu məbləğə daxil edirlər.

Bəs hazırda ətin 1 kiloqramı alıcılara neçəyə təklif olunur ki, bəzi kababçılar kababı 3 manata satırlar?

Qida təhlükəsizliyi üzrə ekspert Seymur Qafarov deyir ki, kababların ucuz qiymətə satılmasının əsasən 2 səbəbi ola bilər. Ya bu heyvanlar fermerlərdən çox ucuz qiymətə alınır, ya da onların yaşı çoxdan keçib.

Ekspert bildirir ki, kababın qiyməti onun keyfiyyətinə zəmanət vermir. Alıcılar qida alarkən satış yerinin gigiyena və qida təhlükəsizliyi tələblərinə əməl edib-etmədiyini diqqətlə yoxlamalıdırlar. Şübhəli məqamlara rast gəldikdə isə Qida Təhlükəsizliyi Agentliyinə müraciət etmək tövsiyə olunur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
0
3
xezerxeber.az

4Mənbələr