AZ

Xəzər İsayev: "Azərbaycan beynəlxalq ədalətli oyunlar hərəkatı ilə bağlı proseslərdə fəal iştirak edir"

Azərbaycan beynəlxalq ədalətli oyunlar hərəkatı ilə bağlı proseslərdə fəal iştirak edir.

"Report" xəbər verir ki, bunu Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev bildirib.

Qurum rəsmisi 2024-cü ilin yekunlarına həsr olunmuş mükafatlandırma mərasimindən sonra jurnalistlərə açıqlamasında ölkəmizdə ədalətli oyunlar baxımından çox yüksək adlara insanlar olduğunu deyib:

"Ədalətli Oyunlar Komissiyası artıq uzun müddətdir fəaliyyət göstərir. Həm Beynəlxalq, həm də Avropa Ədalətli Oyunlar hərəkatının üzvüyük və bununla bağlı proseslərdə çox fəal iştirak edirik. Artıq Azərbaycanda ədalətli oyunlar baxımından çox yüksək adlara layiq insanlar var. Fəaliyyətimiz beynəlxalq təşkilatlar tərəfindən yüksək şəkildə bəyənilir. Bu il mən "Con Barotta" mükafatına layiq görüldüm. Mükafat bundan əvvəl mərhum nazirimiz Azad Rəhimova, həmçinin MOK-un vitse-prezidenti Çingiz Hüseynova təqdim olunmuşdu. Bu karyera ilə bağlı Beynəlxalq Olimpiya Komitəsi tərəfindən təsis olunmuş mükafatdır. Qaşımın mükafat alması Azərbaycanda aparılan ədalətli idman proseslərinin nəticəsidir. Həm idmançılarımız, həm hakimlərimiz, həm də mütəxəssislərimiz yüksək mükafatlar əldə edir. Bu işimizi davam etdirəcəyik. Ayın 19-u dünya ədalətli oyunlar günüdür. Bununla bağlı tədbirdə də Ədalətli Oyunlar Komissiyası olaraq iştirak edəcəyik.

Seçilən
0
1
report.az

2Mənbələr