PKK terror təşkilatı özünü buraxdığını elan edib.
Kanal.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata görə, qərar terror təşkilatının mayın 5-7-də keçirilən 12-ci qurultayında edilib:
“Qurultay PKK-nın təşkilati strukturunu ləğv etmək və silahlı mübarizəni dayandırmaq, bununla da PKK adlı təşkilatın fəaliyyətinə son qoymaq barədə qərar qəbul edib”.
Qeyd edək ki, PKK Öcalanın çağırışına əsasən mayın 5-7-də qurultay keçirdiyini açıqlamışdı.