AZ

İttiham: Polşadakı böyük yanğınıRusiya törədib

İttiham:

Polşanın paytaxtı Varşavanın ən böyük ticarət mərkəzi olan Maryvilska 44-də ötən ilin mayında baş vermiş yanğın Rusiya xüsusi xidmət orqanlarının göstərişi ilə təşkil edilib.

Reyting.az
-ın məlumatına görə, bu barədə Polşanın Ədliyyə naziri Adam Bodnar və Daxili işlər naziri Tomaş Siemonyakın birgə bəyanatında deyilir.

“Topladığımız sübutlara əsasən, yanğının Rusiya kəşfiyyat xidmətlərinin sifarişi ilə baş verdiyini bilirik”, - nazirlər qeyd ediblər.

Onlar vurğulayıblar ki, “yanğının törədilməsi qaydası və gedişatı haqqında dərin biliklərə malikdirlər”.

Bəyanatın dərcindən sonra Polşanın baş naziri Donald Tusk yanğında iştirak edənlərin cəzalandırılacağına söz verib: “Təqsirkarların bəziləri artıq saxlanılıb, qalanları müəyyən edilib və axtarılır. Hamınızı tapacağıq”.

Xatırladaq ki, Varşavada “Maryvilska 44” ticarət mərkəzində güclü yanğın 2024-cü il mayın 12-də baş verib. Yanğın qəfildən bir neçə yerdə başlayıb. Təxminən xidmət sektorunda fəaliyyət göstərən 1400 mağaza və müəssisənin binası yanıb. Hadisə ilə bağlı araşdırmaya 55 prokuror və 100 polis əməkdaşı, həmçinin 70-dən çox şahid və 530 zərərçəkmiş cəlb edilib.

V. QULİYEV
Seçilən
0
reyting.az

1Mənbələr